Dövlət Gömrük Komitəsinin sədri Qəbələdə vətəndaşlarla görüşəcək

Dövlət Gömrük Komitəsinin sədri Qəbələdə vətəndaşlarla görüşəcək
# 14 mart 2014 11:05 (UTC +04:00)

Bakı – APA. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qəbələ rayonunda vətəndaşlarla görüşəcək.

DGK-nin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, görüş martın 28-də saat 11:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (Qəbələ şəhəri, 28 May küçəsi,40) təşkil olunacaq. Qəbul zamanı bölgədə yerləşən rayonların - Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR