ARDNŞ: “Rusiya ilə qüvvədə olan müqavilənin vaxtı hələ bitməyib”

ARDNŞ: “Rusiya ilə qüvvədə olan müqavilənin vaxtı hələ bitməyib”
# 13 fevral 2014 16:46 (UTC +04:00)

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev APA-ya açıqlamasında bildirib ki, Bakı-Novorossiysk kəməri ilə neftin qarşılıqlı faydalı şərtlər əsasında nəql edilməsi həm «Transneft» şirkətinin, həm də ARDNŞ-in marağındadır: “Qüvvədə olan müqavilənin vaxtı isə hələ bitməyib və şirkətlər arasında bununla bağlı intensiv danışıqlar gedir. Danışıqlar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bu gün Rusiya mətbuatında ARDNŞ-in «Transneft» şirkətinə Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqli üzrə tranzit müqaviləsinin uzadılması ilə bağlı müraciət etdiyi haqda məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR