Lənkəranda Əfqanıstandan sovet ordusunun çıxarılmasının 25 illiyi qeyd olunub

Lənkəranda Əfqanıstandan sovet ordusunun çıxarılmasının 25 illiyi qeyd olunub
# 15 fevral 2014 13:20 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün sovet ordusunun Əfqanıstan ərazisindən çıxmasının 25 illiyi tamam olur. Bu münasibətlə Lənkəran şəhərində Əfqanıstanda həlak olan soydaşlarımızın xatirəsinə ucaldılan abidənin önündə mərasim keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan-Əfqanıstan Veteranları İctimai Birliyi Lənkəran rayon şöbəsinin sədri Əflatun İsmayılov 1979-1989-cu illər Əfqanıstan müharibəsində 10 mindən çox azərbaycanlının iştirak etdiyini, onlardan 208 nəfərin hərbi əməliyyatlarda həlak olduğunu, 450 nəfərin yaralandığını, 7 nəfərin isə itkin düşdüyünü bildirib. O da qeyd olunub ki, Lənkəran rayonundan Əfqanıstanda 230 nəfər vuruşub. Onlardan 86 nəfər həlak olub.

Tədbirdə çıxış edən Əfqanıstan veteranları xatirələrini bölüşərək, Vətəni qorumağa bundan sonra da hazır olduqlarını bildiriblər.

Daha sonra veteranlar Əfqanıstanda həlak olan lənkəranlıların abidəsi önünə gül dəstələri düzməklə, ehtiramlarını ifadə ediblər.

Tədbir şəhərin Veteranlar klubunda süfrə arxasında davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR