Bakıda Azərbaycan-Niderland biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Niderland biznes forumu keçiriləcək
# 16 aprel 2014 11:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakıda Azərbaycan-Niderland biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, tədbir aprelin 23-də Niderland Krallığı parlamentinin senatoru Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə baş tutacaq.

Biznes forumda kənd təsərrüfatı, təhsil, İKT, tikinti, infrastruktur, logistika, su təsərrüfatının idarə edilməsi və digər sahələri təmsil edən Niderland şirkətləri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR