Azərbaycandakı bankların mənfəəti bu il 74% artıb

Azərbaycandakı bankların mənfəəti bu il 74% artıb
# 11 mart 2014 08:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2014-cü ilin yanvar ayında 52,85 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu, 2013-cü ilin yanvar göstəricisi ilə müqayisədə 22,39 mln. manat və ya 73,5% çoxdur.

Yanvar ayı ərzində bankların faiz gəlirləri 160,57 mln. manat, faiz xərcləri 76,37 mln. manat təşkil edib və nəticədə, faiz mənfəəti 84,20 mln. manata bərabər olub. Eyni zamanda bankların qeyri-faiz gəlirləri 34,36 mln. manat, qeyri-faiz xərcləri isə 61,93 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 27,57 mln. manat həcmində zərər yaranıb.

Qeyd edək ki, faiz mənfəəti illik müqayisədə 23,81 mln. manat və ya 39,4% artıb, qeyri-faiz zərəri isə 1,31 mln. manat və ya 4,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR