İtkin düşən şəxs oğurluq üstündə tutulub

İtkin düşən şəxs oğurluq üstündə tutulub
# 07 mart 2014 10:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda itkin düşən şəxs oğurluq etdiyinə görə tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, paytaxtın Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Natiq Qasımova və Rəhman Mustafayevə məxsus mağazalardan 100 manat pul, danışıq kartları və tütün məmulatı oğurlamış, habelə Şamo Qazıyevə məxsus mağazadan oğurluğa cəhd göstərmiş Abşeron rayon sakini Rzaqulu Allahquliyev yaxalanıb.

Araşdırmalar zamanı R.Allahquliyevin itkin düşməsi barədə yaxınları tərəfindən martın 5-də Zəngilan rayon Polis Şöbəsinə ərizə ilə müraciət edildiyi müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR