Bakı buxtasında dəniz taksiləri fəaliyyət göstərəcək - VİDEO

Bakı buxtasında dəniz taksiləri fəaliyyət göstərəcək - <span style="color: red;">VİDEO
# 11 mart 2014 11:21 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək: «Dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcək».

O bildirib ki, belə taksilər gələcəkdə Bakı buxtasını hazırda abadlıq işləri aparılan Nargin adası ilə birləşdirəcək: «Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verir. Dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək».

Administrasiya rəhbəri qeyd edib ki, əvvəllər buxtaya 3 gəzinti kateri, sonra isə daha 1 kater gətirilib. Hazırda Azərbaycan Dövlət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlər istehsal olunur. Dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək».

Bakı-Lənkəran reysi üzrə dəniz taksilərinin buraxılmasına gəldikdə isə, Q.Qurbanov bildirib ki, belə bir marşrutun açılması maddi baxımdan sərfəli deyil: «Dəniz yolu ilə Lənkərana 5-6 saata çatmaq mümkündür. Bu, həm vaxt, həm də maliyyə baxımından sərfəli deyil».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR