Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi üçün xüsusi iş cədvəli hazırlanıb - FOTO

Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi üçün xüsusi iş cədvəli hazırlanıb - <span style="color: red;">FOTO
# 13 mart 2014 15:57 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhaninin Davosda keçirdiyi görüş Bakı-Tehran əlaqələrində yeni başlanğıc olacaq”.

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri, eləcə də Xəzər məsələsi üzrə müavini İbrahim Rəhimpur bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkənin əlaqələrinin inkişafı üçün hər iki dövlət rəhbəri ciddi iradə göstərir: “Azərbaycan prezidenti İlham Əliyev uzun illərdir İrana səfər etmirdi. Davosda iki ölkə rəhbərinin görüşündən sonra bu səfərin həyata keçirilməsi nəzərdə tutulub. Əməkdaşlığın genişləndirilməsi üçün xüsusi iş cədvəli hazırlanıb. Bu cədvəldə müxtəlif sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün müzakirələr aparılacaq. İqtisadi, siyasi, hərbi, mədəni, enerji, neft və qaz sahələrində müzakirələr olacaq”.

Nazir müavini əlavə edib ki, 2014-cü ildə bu sahələrdə əməkdaşlığı gücləndirmək üçün nümayəndə heyətlərinin səfəri nəzərdə tutulub: “İki ölkə arasında əlaqələri genişləndirmək üçün iş cədvəlini çox zənginləşdirmişik və demək olar ki, Türkiyə ilə əlaqələrimiz səviyyəsində Azərbaycanla da əlaqələrimizi artırmaq niyyətindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR