Salyanda intihar hadisəsi baş verib

Salyanda intihar hadisəsi baş verib
# 21 fevral 2014 07:33 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayon sakini özünü asaraq intihar edib. Salyan rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Salyan şəhərində, Ə. Hüseynzadə küçəsi 8-də yaşayan 1986-cı il təvəllüdlü İbrahimov Murad Soltan oğlu gecə saatlarında yaşadığı evin həyətində özünü asıb. İntiharın motivi istintaq tərəfindən aydınlaşdırılır.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR