Avropanın əksər fond indeksləri enib

Avropanın əksər fond indeksləri enib
# 18 fevral 2014 06:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avropa fond bazarlarında fevralın 17-də FTSE 100 indeksi 1,1% - 6 736 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 9 657 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 4 335 bəndədək enib. «APA-Economics»in məlumatına görə, Avropada bankların və neft şirkətlərinin səhmləri bahalaşıb, digər sahələrdə isə əsasən enmə tendensiyası müşahidə olunub.

Fevralın 17-də Amerikada Prezidentlər Günü münasibəti ilə fond bazarı işləməyib. Əvvəlki ticarət günündə Dow Jones indeksi 0,8% - 16 154 bəndədək, S&P 500 0,5% - 1 839 bəndədək, Nasdaq 0,1% - 4 244 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 321,50 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3712 dollar (0,0%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR