Böyükşor gölü ilə bağlı Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədi təqdim edilib

Böyükşor gölü ilə bağlı Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədi təqdim edilib
# 12 mart 2014 07:38 (UTC +04:00)

Bakı - APA-Economics. Böyükşor gölünün bərpasının birinci mərhələsi layihəsi üzrə hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədinin ictimai müzakirəsi keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ, “Azərsu” ASC və digər dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib, sənəd ətrafında geniş müzakirələr aparıblar.

Hazırlanmış sənədin əsas məqsədi layihə ərazisində həyata keçiriləcək işlər üzrə ətraf mühitə təsirin öyrənilməsi və açıqlanması, eləcə də zəruri olan qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi haqqında ətraflı məlumatların ictimaiyyətə çatdırılmasıdır. Tədbir zamanı yaranan suallar mütəxəssislər tərəfindən cavablandırılıb, layihənin əhəmiyyəti isə tədbir iştirakçıları tərəfindən geniş dəstəklənib. Sənədlə ictimaiyyətin sərbəst tanış olmasına şərait yaradılıb.

Qeyd edək ki, Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə Böyükşor gölünün Olimpiya stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın hissəsi bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR