Paytaxtda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - FOTOSESSİYA - VİDEO

Paytaxtda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 25 fevral 2014 18:56 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Xətai rayonu, Fəhlə prospektində sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA-nın xəbərinə görə, prospektlə hərəkət edən "KİA Cerato" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını işıq dirəyinə çırıb. Nəticədə sürücü xəsarət alıb. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.

Xəsarət alan sürücü təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Qəza ilə əlaqədar prospektdə tıxac meydana gəlib. Yolu açmaq üçün əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə iştirakçısı avtomaşın evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırıldıqdan sonra prospektə nəqliyyatın hərəkəti normala qayıdıb.

Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR