BAMF sədri Umud Rəhimoğlu 8-ci Beynəlxalq Əl-Cəzirə Forumuna qatılıb - FOTO

BAMF sədri Umud Rəhimoğlu 8-ci Beynəlxalq Əl-Cəzirə Forumuna qatılıb - <span style="color: red;">FOTO
# 28 may 2014 14:26 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və fondun əməliyyat departamentinin rəhbəri Ramil Əzizov Qatarın paytaxtı Doha şəhərində, “Əl-Cəzirə” Media Şəbəkəsi tərəfindən təşkil olunan “Ərəb dünyasında dəyişikliklər: istiqamət haradır?” mövzusunda beynəlxalq forumda iştirak edib.

BAMF-ın İnformasiya Departamentindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan “Əl-Cəzirə” Media Şəbəkəsinin rəhbəri Hamad bin Tamer al Thani və Türkiyənin baş nazirinin müavini Bülent Arınç ümumilikdə islam dünyasında baş verən dəyişikliklərin mahiyyətinə toxunublar.

Tədbirdə çıxış edən Mərakeşin təhsil naziri Somaia Benxaldoun, Suriya Milli Şurasının keçmiş rəhbəri Burhan Qaliun, “Le Monde Diplomatq” jurnalının baş redaktoru Alain Greş, Tunisin keçmiş baş naziri Əli Laridih regionun inkişafı üçün qarşılıqlı dialoqun və əməkdaşlıq imkanlarının gücləndirilməsindən danışıblar. Daha sonra Forum “Ərəb ölkələrində dəyişikliklər zamanı gənclərin rolu”, “Media təlimləri və sosial dəyişikliklər”, “Böhran dövründə insan haqlarının və medianın rolu”, “Türkiyənin regiondakı siyasətində baş verən dəyişikliklər və onun tətbiqi” mövzularında panel müzakirələr başlanıb.

“Böhran dövründə insan haqlarının və medianın rolu” mövzusunda paneldə çıxış edən Umud Rəhimoğlu Azərbaycan ərazilərinin işğalı faktorunun aradan qaldırılması, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının bərpa edilməsi istiqamətində birgə səylərin birləşdirilməsinin vacibliyini bildirib: “Bəzən beynəlxalq təşkilatlar Azərbaycanın bir milyondan yuxarı məcburi köçkününün hüquqlarını deyil, müharibə zamanı öldürülən dinc insanların, media işçilərinin yaşamaq hüquqlarından deyil, daha çox maraq dairələrində olan məsələlərdən danışmağa üstünlük verirlər”.

U. Rəhimoğlu bütün media qurumlarını, insan hüquqları müdafiəçilərini, vətəndaş cəmiyyəti qurumlarını işğal faktorunun aradan qaldırılmasında eləcə də medianın, insan hüquq və azadlıqlarının qorunmasında həmrəy olmağa çağırıb.

Daha sonra U. Rəhimoğlu paneldə çıxış edən Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alisson Makkenzi, Keçid Dövrü Hüquqları üzrə Beynəlxalq Mərkəzin direktoru Deyvid Tolbert, Beynəlxalq Amnesti təşkilatının baş katibi Stiv Krauşou, Sərhədboyu Müdafiəçilər Təşkilatının icraçı direktoru Meri Lavlor, İnsan Haqlarına Baxış beynəlxalq təşkilatının icraçı direktoru Kennett Rut, Beynəlxalq Qızıl Xaç Komitəsinin baş katibinin müavini Baltasar Stahelin, Beynəlxalq Qızıl Xaç Federasiyasının baş katibi Bekele Geleta, BMT baş katibinin İnsan Haqları üzrə müşaviri ilə birgə media və insan hüquqları sahəsində səylərin birləşdirilməsi, müvafiq normativ sənədlərin icrasına nəzarət və ümumi fəaliyyətin hüquqi formatının müəyyən edilməsi, humanitar böhran və münaqişələr dövründə medianın rolu, azad sözün və ifadə sərbəstliyinin qorunması, media işçilərinin təhlükəli tapşırıqlarda qorunması, zorakılıqların qarşısının alınması və sair məsələlərə dair müzakirələrə qatılıb.

U. Rəhimoğlu tədbirin özəl qonaqları olan beynəlxalq təşkilatların nümayəndələri ilə birgə, forum zamanı səslənən fikirlərin ümumiləşdirilərək maraqlı tərəflərlə paylaşılması və regionda daha ciddi bir media və insan haqlarının qorunması şəbəkəsinin yaradılmasına dair Əl-Cəzirə rəhbərliyi ilə müzakirələrə qoşulub. Daha sonra

U. Rəhimoğlu Əl-Cəzirə Media Şəbəkəsinin icraçı direktoru Mustafa Souj ilə görüşüb, “Əl-Cəzirə”nin Azərbaycandan yayımlanması perspektivləri, Azərbaycan həqiqətlərinin daha doğru və etibarlı mənbələrdən alınmış obyektiv informasiya əsasında işıqlandırılması, Qarabağ münaqişəsinə dair beynəlxalq forumun təşkilinə dair danışıqlar aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR