Xalq artisti Ramiz Zöhrabovun 75 illik yubileyi qeyd olunacaq

Xalq artisti Ramiz Zöhrabovun 75 illik yubileyi qeyd olunacaq
# 12 may 2014 16:37 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mayın 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Ramiz Zöhrabovun 75 illik yubiley gecəsi keçiriləcək.

Filarmoniyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley gecəsində R.Zöhrabovun həyat yolu və Azərbaycan musiqi elminə verdiyi töhfələrdən söz açılacaq.

Tədbirdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək. Yubiley tədbirini xalq artisti Ağaverdi Paşayev idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR