Qəzvində güclü partlayış baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

Qəzvində güclü partlayış baş verib, ölən və yaralananlar var - <span style="color: red;">YENİLƏNİB
# 06 may 2014 21:17 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, hadisə mayın 6-da Bakı vaxtı ilə saat 17:20-də Qəzvin şəhərinin cənubunda Əlborz sənaye şəhərciyində bitki yağlarının istehsalı ilə məşğul olan zavodun anbarında baş verib. Yanğını yalnız 2.5 saatdan sonra söndürmək mümkün olub. İlkin məlumata görə, 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Yaralılar Qəzvin şəhərinin Şəhid Rəcayi xəstəxanasına qaldırılıbıar. Onlardan bəzilərinin vəziyyəti ağır olduğundan Tehrana aparılıb.

**** 23.57

Bakı-APA. İranın Qəzvin şəhərində bu gün axşam saatlarında güclü partlayış baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ilkin ehtimala görə, anbarda baş vermiş partlayış nəticəsində çoxlu sayda qurbanların olduğu güman edilir. Bəzi məlumatlara görə, partlayış neft bazasında baş verib. İnsidentin təfərrüatları açıqlanmır.

İranın “Fars” xəbər agentliyi hadisənin şahidlərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 50-dək insan xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR