Kürdəmirdə polis əməkdaşları və Baytarlıq İdarəsinin mütəxəssisləri birgə reyd keçiriblər - FOTOSESSİYA - VİDEO

Kürdəmirdə polis əməkdaşları və Baytarlıq İdarəsinin mütəxəssisləri birgə reyd keçiriblər - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 15 aprel 2014 15:55 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmirdə iri və xırda buynuzlu heyvanların müşayiətedici baytarlıq sənədi olmadan rayon daxilində və tranzit olaraq daşınmasının qarşısını almaq məqsədilə reyd keçirilib.

APA-nın məlumatına görə, Kürdəmir rayon Baytarlıq İdarəsinin və Kürdəmir rayon Polis Şöbəsi Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı mal-qaranı satış üçün heyvan bazarına aparan yük maşınları saxlanılaraq yoxlamalara cəlb edilib.

Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin müvafiq əmrləri ilə yerlərdə baytarlıq fəaliyyətini gücləndirmək məqsədilə keçirilən maarifləndirmə və nəzarət xarakterli reyd zamanı 30-a yaxın yük avtomobili saxlanılıb, heyvanlar baytar həkimlər tərəfindən kliniki baxışdan keçirilib, sürücülərə və mal-qara sahiblərinə tətbiq edilən yeniliklər barədə məlumat verilib, onlar müvafiq dövlət rüsumlarını ödəməklə müşayiət edici baytarlıq şəhadətnaməsi əldə ediblər. Reyd zamanı müvafiq baytarlıq sənədi olmadan mal-qaranın daşınması ilə məşğul olan şəxslər 20 manatdan 25 manatadək cərimələnib. Reydin keçirilməsində əsas məqsəd müşayiətedici baytarlıq sənədi olmadan heyvanların rayon daxili və tranzit danışmasının qarşısını almaq və bu yolla mal-qara arasında epizootik duruma nəzarəti gücləndirmək, müxtəlif yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqdır.

Reyd zamanı mal-qara daşıyan bəzi yük avtomobillərinin sürücüləri polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq qaçmağa cəhd göstərsə də bunun qarşısı alınıb. Yoxlama zamanı bəzi sürücülərin daşıdığı heyvanların müvafiq baytarlıq sənədinin olmaması ilə yanaşı özlərinin sürücülük vəsiqəsinin və digər lazımi sənədlərinin olmadığı aşkarlanıb, onlar barəsində polis əməkdaşları tərəfindən lazımi tədbirlər görülüb.

Kürdəmir rayon Baytarlıq İdarəsinin və hüquq-mühafizə orqanlarının keçirdiyi bu reyd respublikada ilk dəfə təşkil olunub. Gələcəkdə bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR