Səyyar “ASAN Xidmət” Ağstafada vətəndaşlara xidmət göstərəcək

Səyyar “ASAN Xidmət” Ağstafada vətəndaşlara xidmət göstərəcək
# 14 aprel 2014 07:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gündən başlayaraq Ağstafa, Qazax və Tovuz rayonlarının ümumi sayı 330 000-dən çox olan sakini Səyyar “ASAN Xidmət”dən Ağstafa rayonunda yararlana biləcək. “ASAN Xidmət” Mərkəzindən APA-ya verilən xəbərə görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

2014-cü dekabr ayına qədər Səyyar ASAN xidmət vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Səyyar xidmət aprelin 23-dək davam edəcək.

Xatırladaq ki, Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. Bugünə kimi Xırdalan şəhərində Abşeron, Qazax rayonunda isə Qazax, Ağstafa və Tovuz rayonlarının sakinlərinə Səyyar ASAN xidmət göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR