AMB: “Azərpoçt”un bank xidmətlərinin spektri genişləndiriləcək

AMB: “Azərpoçt”un bank xidmətlərinin spektri genişləndiriləcək
# 24 iyun 2014 11:20 (UTC +04:00)

Qəbələ. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın poçt operatoru “Azərpoçt” MMC-nin bank xidmətlərinin spektri genişlənəcək.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə layihəsi “Azərpoçt”u ölkənin maliyyə sisteminə uğurla inteqrasiya etməyə imkan verdi: “Maliyyə xidmətləri göstərməyə başlayan milli poçt operatorunun fəaliyyətini xüsusi qeyd etmək istərdim. 1000-dək filial və şöbə maliyyə təşkilatının demək olar hər kənddə mövcudluğunu təmin edir. Operatorun hesablama əməliyyatları aparmağa, depozitlər cəlb etməyə hüququ var və onların xidmət siyahısı gələcəkdə genişlənəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR