ABŞ Ukrayna hökumətinin vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə hazırdır

ABŞ Ukrayna hökumətinin vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə hazırdır
# 21 fevral 2014 04:55 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ vitse-prezidenti Ukrayna prezidenti Viktor Yanukoviçlə telefon danışığı zamanı bildirib.

“ABŞ vitse-prezidenti Kiyevin küçələrində dinc sakinlərə qarşı tətbiq edilən zorakılığı qəti şəkildə pisləyib. O Yanukoviçi təhlükəsizlik qüvvələrini – milis dəstələrini, snayper, hərbi və hərbiləşdirilmiş birləşmələri dərhal geriyə çəkməyə çağırıb”, deyə məlumatda bildirilir.

“Vitse-prezident aydın şəkildə bildirib ki, Ukraynada zorakılığa görə məsuliyyət daşıyan ölkə hökumətinin vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə hazırdır”, deyə Ağ Evin açıqlamasında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR