Prezident Administrasiyasına ən çox müraciət edən vətəndaşların adları açıqlanıb

Prezident Administrasiyasına ən çox müraciət edən vətəndaşların adları açıqlanıb
# 14 fevral 2014 12:58 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun «Azərbaycan» qəzetində dərc olunmuş hesabat xarakterli məqaləsində bildirilib.

Bu nöqsanların bəzilərinə Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərində, "Azərenerji" ASC-də, Bakı, Gəncə, Bərdə, Daşkəsən, Göygöl, Salyan, Şamaxı şəhər və rayon icra hakimiyyətlərində və digər təşkilatlarda təsadüf edilib.

Prezident Administrasiyasından nəzarət qaydasında baxılmaq üçün göndərilmiş müraciətlərə verilmiş cavablara görə qaldırılmış məsələlərin obyektiv araşdırılmasında səhlənkarlığa, süründürməçiliyə yol verdiklərinə və vaxtında zəruri tədbirlər görmədiklərinə görə 19 nəfər cavabdeh şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb, 51 nəfər intizam məsuliyyətinə cəlb edilib, 10 nəfər barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib. Qanun pozuntusuna yol vermiş 31 hüquqi və fiziki şəxs cərimə olunub, 19 nəfər işinə bərpa edilib, 26 halda cinayət işinin istintaqı bərpa olunub, 14 halda isə cinayət işinə yenidən baxılması barədə prokurorluq orqanları qarşısında vəsatət qaldırılıb.

Vətəndaşların şikayətlərinin araşdırılmasında nöqsanlara yol verdiklərinə görə Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Təhsil, Nəqliyyat, Səhiyyə, Kənd Təsərrüfatı, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində, Dövlət Gömrük Komitəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, "Meliorasiya və Su Təsərrüfatı" ASC-də, ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyində, Şəki Şəhər İcra Hakimiyyətində və s. qurumlarda cavabdeh şəxslər barəsində qəti tədbirlər həyata keçirilib.

Mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş kollegiya iclaslarında və müşavirələrdə vətəndaşların müraciətlərinə baxılma məsələləri 334 dəfə müzakirəyə çıxarılıb. Yol verilən nöqsanlara görə 1208 nəfərə intizam tənbehi tətbiq olunub, o cümlədən 47 nəfər işdən azad edilib, 407 nəfərə töhmət və şiddətli töhmət verilib, 21 nəfərə xəbərdarlıq edilib.

Mərkəzi icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinin 43,5%-i müsbət, 3,3%-i qismən həll olunub, 25,1%-nə müvafiq izahat verilib, 9,4%-i əsassız sayılıb, 6,9%-i icraya götürülüb, digərləri isə aidiyyəti üzrə müvafiq qurumlara göndərilib.

Ötən il şəhər və rayon icra hakimiyyətlərinin fəaliyyəti mövzusunda müraciətlər 2012-ci illə müqayisədə Ağstafa, Balakən, Beyləqan, Xəzər, Xocavənd, Şamaxı, Zəngilan və başqa rayonlarda artıb, 59 şəhər və rayonda isə göstərilən mövzuda azalma olub. 2013-cü ildə vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı müraciətlərin sayı Bakı, Şəki, Beyləqan, Biləsuvar, Kürdəmir, Qobustan, Lerik, Tovuz, Yardımlı, digər şəhər və rayonlarda artsa da, əksər şəhər və rayonlarda, o cümlədən Gəncə, Lənkəran, Ağcabədi, Ağdam, Ağdaş, Binəqədi, Cəlilabad, Culfa, Hacıqabul, Xətai, Xəzər, Qusar, Laçın, Ordubad, Samux, Siyəzən, Şəmkir, Şərur, Tərtər, Yasamal, Zərdab, digər şəhər və rayonlarda belə müraciətlər azalıb.

Azərbaycan Prezidenti Administrasiyasına daxil olan müraciətlərin 66,9%-i ərizə, 31,1%-i şikayət, 2,0%-i isə təklifdir: «Daxil olmuş müraciətlərin sayını müqayisə etdikdə, bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və digər qurumlarda bilavasitə onların özlərinə ünvanlanmış müraciətlərin sayının Prezident Administrasiyasından və digər mərkəzi icra hakimiyyəti orqanlarından onlara göndərilmiş müraciətlərin sayından az olduğu aşkar edilir. Bakı şəhərinin bəzi rayonlarını, Gəncənin Nizami, Kəpəz, habelə Balakən, Beyləqan, Cəlilabad, Kəlbəcər, Kürdəmir, Laçın, Şabran, Tovuz, Yardımlı, Zaqatala rayonlarını buna misal göstərmək olar. Mərkəzi icra hakimiyyəti orqanlarında isə bu göstərici Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, "Azərenerji", "Bakıelektrikşəbəkə" ASC-lərdə, Bakı Metropolitenində, Dövlət Sığorta Kommersiya Şirkətində, "Aqrarkredit" QSC-də, Mərkəzi Bankda, "Azərtunelmetrotikinti", "Azəristiliktəchizat" SC-lərdə və digər təşkilatlarda o qədər də qaneedici deyil», - deyə qeyd olunur.

S.İsmayılov məqaləsində ötən il Prezident Administrasiyasına ən çox müraciət edən vətəndaşların adlarını da qeyd edib. Bunlar Əhməd Məmməd, Zərbani Ağayeva (Binəqədi), İlham İbadov (Lerik), Bəkir Bayramov (Qubadlı), Olqa Smolyaninova (Sabunçu), Lətifə Zeynəddinova (Abşeron), Qismət Səmədov (Saatlı), Nazim Məmmədov (Lənkəran), Anar Zeynalov (Beyləqan), Oqtay Abdullayev (Masallı) və Siyavuş Kərimovdur (Ağcabədi).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR