Kənd təsərrüfatı naziri Qubada vətəndaşları qəbul edib - FOTO

Kənd təsərrüfatı naziri Qubada vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 25 fevral 2014 11:50 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Kənd təsərrüfatı naziri Heydər Əsədov Quba rayonunda vətəndaşları qəbul edib.

APA-nın Şimal bürosunun məlumatına görə, görüşdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan 50-dək vətəndaş iştirak edib.

Qəbul zamanı vətəndaşların kənd təsərrüfatında mövcud problemlərlə əlaqədar şikayətləri dinlənilib. Vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi, texnika çatışmazlığı, kənd təsərrüfatı torpaqlarının sənədləşdirilməsi, bağlara səpilən dərmanların keyfiyyətsiz olması ilə bağlı problemləri səsləndiriblər.

Nazir bəzi məsələlərin yerində həlli, digər məsələlərin isə aidiyyəti qurumlara göndərilməsi üçün göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR