İranla Rusiya Buşəhrdə daha iki yeni nüvə enerjisi blokunun inşası ilə bağlı razılığa gəlib

İranla Rusiya Buşəhrdə daha iki yeni nüvə enerjisi blokunun inşası ilə bağlı razılığa gəlib
# 12 mart 2014 14:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Rusiya Buşəhr vilayətində yeni nüvə enerjisi bloklarının tikintisi barədə ilkin razılaşma əldə ediblər.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi martın 12-də bildirib.

Onun sözlərinə görə, sazişə əsasən Buşəhr Atom-Elektrik Stansiyasında (AES) ən azı iki nüvə enerjisi blokunun inşası planlaşdırılır.

Qeyd edək ki, İRNA xəbər agentliyi İranla Rusiyanın Buşəhr AES-ın yaxınlığında daha iki yeni nüvə enerjisi blokunun tikintisi ilə bağlı artıq müqavilə imzaladıqlarını da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR