Deputat: “İctimai TV artıq AzTV-yə çevrilib” - VİDEO

Deputat: “İctimai TV artıq AzTV-yə çevrilib” - <span style="color: red;">VİDEO
# 14 mart 2014 14:25 (UTC +04:00)

APA-nın məlumatına görə, iclasda hökumətin illik hesabatının müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev ölkədə dini maarifləndirmə məsələsinə toxunaraq İctimai TV-dən narazılığını bildirib.

O qeyd edib ki, son vaxtlar İctimai TV AzTv-yə çevrilib: “Əvvəllər yenə yaxşı idi. Maraqlı maarifləndirici verilişlər olurdu. Son vaxtlar İctimai TV-ni AzTV-nin bir hissəsinə çeviriblər. Buna nə ehtiyac var? Onsuz da AzTV kimi dövlət kanalımız var, daha İctimai TV-yə nə ehtiyac? Bu TV-nin işi ictimai maarifləndirmə işi aparmaq idi”.

Deputat çıxışında səhiyyə sahəsinə də toxunub: “İnsanların bir çoxu müalicə üçün xarici ölkələrə gedir, sonra virus daşıyıcısı kimi ölkəmizə qayıdır. Hazırda Azərbaycanda əhalinin 10 faizi Hepatit C xəstəsidir. Bu, çox böyük rəqəmdir”.

O qeyd edib ki, ölkədə bu qədər dövlət səhiyyə obyektlərinin qalmasına ehtiyac yoxdur: “Dövlət o müəssisələrdə həkimlərə yüksək səviyyədə maaş verə bilmir, ona görə də neqativ hallara yol verilir”.

Q. Həsənquliev təhsil ocaqlarının özəlləşdirilməsinin vacibliyini də vurğulayıb: “Bəzi akademiyalardan başqa, dövlət universitetlərin hamısı özəlləşdirilməlidir. O universitetlərin verdiyi vergi hesabına müəllimlərin maaşını qaldırmaq olar. Deyirik ki, orta təhsil pulsuzdur. Amma gəlin, sorğu keçirək, kim repetitor yanına getmədən universitetə qəbul ola bilir? Valideynlərdən kim övladını oxutmaq istəyirsə, repetitora pul vermək məcburiyyətindədir. Nəhayət, bu məsələ ilə bağlı qərar qəbul etmək vaxtı çatıb, hökumət təhsil kreditlərinin verilməsinə başlamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR