Ötən ay Azərbaycanda satılmış əmtəə və xidmətlərin həcmi 9% artıb

Ötən ay Azərbaycanda satılmış əmtəə və xidmətlərin həcmi 9% artıb
# 22 fevral 2014 08:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə ölkənin istehlak bazarında satılmış əmtəə və xidmətlərin həcmi 2,3 mlrd. manat olub.


APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 9,0% çoxdur.


Hesabat dövründə pərakəndə ticarət və xidmət şəbəkələrində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcminin 94,2%-i özəl bölmənin fəaliyyəti sayəsində formalaşıb. Bu bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən xidmətlərin həcmi 9,5% artaraq 2,2 mlrd. manat olub.


İstehlak bazarı üzrə real artımın 25,1%-i hüquqi şəxslərin, 74,9%-i fiziki şəxslərin təsərrüfat subyektlərində yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR