Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavinlərinin sayı artırılıb

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavinlərinin sayı artırılıb
# 21 fevral 2014 07:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. İqtisadiyyat və sənaye nazirinə müvafiq dövlət orqanı ilə birgə təklif əsasında Azərbaycan prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının xarici dövlətlərdəki diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndələrini vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti verilib.

APA-nın verdiyi məlumata görə, bu, dünən prezident İlham Əliyevin təsdiqlədiyi İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamədə əksini tapıb.

İqtisadiyyat və Sənaye Nazirliyi xarici dövlətlərdəki diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndəsinin maliyyə təminatını da həyata keçirəcək. Əsasnaməyə əsasən, iqtisadiyyat və sənaye nazirinin müavinlərinin də sayı artırılaraq 5-ə çatdırılıb. Hazırda iqtisadiyyat və sənaye nazirinin 3 müavini var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR