Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Bakıdan-Gəncə marşrutu ilə həyata keçirilən “J2 239” aviareys ləngiyir.
Heydər Əliyev Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, saat 09:55-də Bakıdan Gəncəyə uçmalı olan təyyarə qrafik üzrə hərəkətini yerinə yetirə bilməyib.
Ehtimala görə, aviareysin ləngiməsinə hava şəraiti səbəb olub. Bu istiqamətdə uçuşun saat 11:00-da yerinə yetirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Bakı-Gəncə istiqamətində aviareyslər həftənin I günü saat 13:00-da, II, IV, V, VI günləri isə saat 09:55-də, III və VII günü isə saat 15:40-da yerinə yetirilir.