Azərbaycan Beynəlxalq Bankı Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşlığına qoşulub

Azərbaycan Beynəlxalq Bankı Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşlığına qoşulub
# 26 fevral 2014 10:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) Dünya İqtisadi Forumunun nüfuzlu Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşlığına qatılıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşlığı 70-dən çox şirkətin, o cümlədən, banklar, sığorta şirkətləri, fond birjaları, reytinq agentlikləri, sərmayə idarəçiləri və kapital bazarının xidmət təminatçılarını birləşdirən şəbəkədir.

«Biz Dünya İqtisadi Forumunun fəaliyyətinə və dünya bank cəmiyyətinin yüksək təbəqələrini birləşdirən Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşları üzvləri sırasına böyük qürur hissi ilə qatılırıq. MDB ölkələri və Xəzər regionunun biznes dairələri Forumdan güclü dəstək alır. Bu bizə sistemli və davamlı iqtisadi inkişafın inteqral problemlərini müəyyənləşdirməyə və həll etməyə birbaşa kömək edir», - deyə Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR