ATƏT-in Minsk Qrupu İsveç hökuməti ilə məsləhətləşmələr aparır

ATƏT-in Minsk Qrupu İsveç hökuməti ilə məsləhətləşmələr aparır
# 04 mart 2014 11:44 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter səhifəsində bildirib.

Onun sözlərinə görə, bu gün məsləhətləşmələrin keçiriləcəyi Stokholm şəhərinə gəlib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanması üzrə fəaliyyətlərini davam etdirmək niyyətlərini açıqlayıblar. Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bu yaxınlarda Azərbaycanın xarici işlər naziri ilə yenidən görüşməyi planlaşdırdıqlarını söyləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR