İqtisadiyyat və sənaye naziri Qobustanda vətəndaşlarla görüşüb - FOTO

İqtisadiyyat və sənaye naziri Qobustanda vətəndaşlarla görüşüb - <span style="color: red;">FOTO
# 21 fevral 2014 11:18 (UTC +04:00)

Qobustan. Elvin Yaqubov - APA. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün Qobustan rayonunda vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, nazir qəbul zamanı Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini dinləyib, qaldırılan məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Qəbula gələn vətəndaşların əsas müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, sosial, işədüzəlmə və digər məsələlər barədə olub.

Qəbulda olan sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilib, quşçuluq, heyvandarlıq, emal, kiçik istehsal və xidmət sahələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR