Avropa Birliyi Ukraynaya 20 mlrd. avro ayırmağa hazırdır

Avropa Birliyi Ukraynaya 20 mlrd. avro ayırmağa hazırdır
# 24 fevral 2014 07:51 (UTC +04:00)

Elmar Brok: “İnsanlar defoltdan və Ukraynanın tək qalacağından qorxmasınlar”

Bakı – APA. Ukraynada yeni hökumət formalaşandan sonra Avropa Birliyi Kiyevə 20 mlrd. avro ayırmağa hazırdır.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu “1+1” telekanalının efirində Avropa parlamentinin xarici işlər komitəsinin rəhbəri Elmar Brok deyib.

E.Brok bildirib ki, bu vəsait islahatların keçirilməsinə yönələcək.

“Biz lazımi islahatları həyata keçirə biləcək hökuməti dəstəkləyəcəyik. İnsanlar defoltun baş verəcəyindən və Ukraynanın tək qalacağından qorxmasınlar”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR