Bakıda NATO/ABŞ Ekspert Qrupu nümayəndələrinin işçi görüşü keçirilir

Bakıda NATO/ABŞ Ekspert Qrupu nümayəndələrinin işçi görüşü keçirilir
# 18 mart 2014 15:55 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə NATO üzvü olan ölkələrin hərbi təhsil sahəsindəki təcrübəsinin öyrənilməsi və tətbiqi, o cümlədən strateji planlaşdırma, humanitar proqramlar, milli və regional təhlükəsizlik, enerji təhlükəsizliyi, mütəxəssislərin təcrübə mübadiləsi, işçi qruplarının əməkdaşlığı və hərbi təhsilin metodologiyası üzrə bir sıra məsələlər müzakirə ediləcək.

İşçi qrupunun müzakirələri çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələri Akademiyasının Milli Təhlükəsizlik məsələləri üzrə professoru cənab Tomas Fedızın (ABŞ) və NATO-nun Beynəlxalq Qərargahının Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti İdarəsinin eksperti cənab Mariuş Solisin (Polşa) mühazirələri planlaşdırılır.

İşçi görüşü martın 19-da yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR