“Bank of Baku” “SMS bankçılıq” xidmətini yeniləyib

“Bank of Baku” “SMS bankçılıq” xidmətini yeniləyib
# 13 may 2014 09:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank of Baku” plastik kart müştəriləri üçün “SMS bankçılıq” xidmətini yeniləyib.

Bankdan “APA-Economics”iə verilən məlumata görə, yenilənmiş bu xidmət sayəsində kart sahibləri öz hesablarına çevik nəzarət edə və müxtəlif əməliyyatlar həyata keçirə bilərlər.

“SMS bankçılıq” xidməti müştəriyə SMS məlumatlandırma (hesabdan məxaric olunan məbləğlər barədə məlumat), kartın cari balansı barədə məlumatın alınması sorğusu, kart hesabının bloklaşdırılması və blokdan çıxarılması, kart hesabından son 10 əməliyyat üzrə çıxarışın alınması kimi üstünlüklər verir.

Xidmətin üstünlüklərindən bankın “Bolkart” və “Əmanət klubu” kartlarının sahibləri pulsuz olaraq yararlana bilər. Digər kart sahibləri isə banka baş çəkib bir dəfəyə 5 manat komissiya ödəməklə (kartın müddətindən asılı olmayaraq) SMS məlumatlandırma və SMS bankçılıq xidmətlərinə qoşula bilərlər.

Müxtəlif əməliyyatların icrası üçün müvafiq SMS mətni tərtib olunur və 8145 nömrəsinə göndərilir. SMS mətnləri və qoşulma üsulları barədə ətraflı məlumat burada: http://www.bankofbaku.com/az/online-services/sms-m-lumatland-rma/

SMS Bankçılıq xidməti həftənin 7 günü ərzində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR