Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb - VİDEO

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb - <span style="color: red;">VİDEO
# 04 mart 2014 13:38 (UTC +04:00)

APA-nın xəbərinə görə, bakalavrlar öz imtahan nəticələrini TQDK-nın rəsmi internet saytından və öz iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilər. Bakalavrlara imtahan nəticələrinin elan olunmasına dair ilkin məlumatlar facebook səhifəsi vasitəsilə təqdim olunacaq.

İmtahanda iştirak etmək üçün 24560 bakalavr qeydiyyatdan keçib. Onlardan 1505 nəfər imtahana gəlməyib, 8 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 23047 nəfər iştirak edib. İmtahanda ən yüksək nəticə isə 97 bal olub.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi respublikanın 6 şəhərində aparılıb. İmtahanda iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib. Onlardan 21874 nəfəri Azərbaycan, 2686 nəfəri rus bölməsi üzrə imtahan verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR