Milli Məclis Xəzərin çirklənmədən qorunmasına dair daha bir sənədi təsdiq edib

Milli Məclis Xəzərin çirklənmədən qorunmasına dair daha bir sənədi təsdiq edib
# 25 fevral 2014 11:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan parlamentinin bu gün keçirilən iclasında "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" Protokolunun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə vitse-spiker, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib.

O qeyd edib ki, protokola əsasən, razılığa gələn tərəflər quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində Xəzər dənizinin ətraf mühitini və sahilyanı ərazilərini çirklənmədən qarşısını almaq, belə çirklənməyə nəzarət etmək, onu azaltmaq və mümkün olan maksimal həddə aradan qaldırmaq üçün Konvensiyanın müddəalarına əsasən fərdi və ya birgə bütün zəruri tədbirləri həyata keçirirlər. Tərəflər məlumat mübadiləsi aparacaq, ətraf mühitə təsirin qiymətləndirilməsi və monitorinqi istiqamətində birgə tədbirlər görəcəklər.

Daha sonra sənəd səsə qoyularaq təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR