Zeynəb Xanlarova: “Camaat ağlayır ki, Xəzərin ətrafını hasarlayıblar, dənizi xalqın əlindən almaq olmaz” - YENİLƏNİB - VİDEO

Zeynəb Xanlarova: “Camaat ağlayır ki, Xəzərin ətrafını hasarlayıblar, dənizi xalqın əlindən almaq olmaz” - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 25 fevral 2014 11:11 (UTC +04:00)

APA-nın məlumatına görə, çıxış edən deputat Fəzail Ağamalı deyib ki, Nabrandan tutmuş Lənkərana qədər obyektlərin suları təmizlənmədən Xəzər dənizinə axıdılır: “Bu biabırçılıqdır. Belə olan halda bu protokolu qəbul etsək də, onun heç bir əhəmiyyəti olmayacaq. Əgər onu əməl etməsək, Allahın bizə verdiyi nemətlər məhv olub gedəcək”.

Deputat Sabir Rüstəmxanlı isə deyib ki, Xəzər dənizinin sahilləri bir dəstə zəngin şəxs tərəfindən işğal olunub: “200-300 m, 1 km uzunluğunda hasarlar çəkilib. Artıq dənizi görmək mümkün deyil. Birinin pulu çox olar, vəzifəsi yuxarı olar. Amma bu o demək deyil ki, onlar milləti dənizdən məhrum etməlidirlər. Əgər imkanları belə itidirsə, Qobustan təpələri boşdur, gedib orda terraslar salsınlar, nə istəyirlər tiksinlər. Bu cür özbaşınalıq, cəzasızlıq ola bilməz. Biz dənizin həm də ekologiyasını qorumalıyıq. Vaxtilə dənizdən 150 metr məsafədə ev tikmək qadağan olunurdu. Sonra kimlərinsə marağına uyğun olaraq bunu 50 metrə endirdi. İndi isə demək olar ki, dənizin içinə giriblər”.

Deputat qeyd edib ki, Azərbaycanda Xəzər sahili ilə bağlı xüsusi qanun qəbul edilməlidir.

Deputat Zahid Oruc da Xəzər dənizinin ətrafı ilə bağlı ayrıca qanunun olmasını təklif edib.

Deputat, xalq artisti Zeynəb Xanlarova isə Nardaran əhalisinin problemləri barədə danışıb.

Z. Xanlarova deyib ki, bağ evi Nardaranda olduğu üçün tez-tez ora gedir və əhali problemləri barədə onu məlumatlandırır: “Nardaranın sosial problemləri, xüsusilə, işıq, qaz, su problemi prezidentin göstərişi ilə həll olunub. Buna görə də camaat prezidentə minnətdardır. Bununla belə, orda camaat narahatdır. Təklif edirəm ki, camaatı ayağa qaldırmayaq. Narazılıqlardan biri odur ki, tikilən villaların hasarları özlərindən hündürdür. Məsələn, mən Binə yolu ilə gələndə görürəm orda evlər tikilir. Dünyanı gəzirəm, Amerikanın Ağ Evini görürük, hasarı-filan yoxdu. Camaat ağlayır ki, dənizin ətrafını hasarlayıblar, dənizi xalqın əlindən almaq olmaz. Allahın xalqa bəxş etdiyi dənizdir”.

Z. Xanlarova deyib ki, kənd ərazisində aparılan hasarlamaya görə orda vəziyyət arzuolunmazdır: “Mən artıq qorxuram. Qorxuram ki, orada camaat ayağa qalxacaq. Əvvəldən deyirəm, sabah bir şey olsa, özünüz bilin”.

Vitse-spiker Valeh Ələsgərov isə bildirib ki, Xəzəri çirkləndirənlər ayrı-ayrı obyektlərin sahibləridir. Vitse-spiker belə adamları sərt tənqid edib: “Onlar mənim üçün azərbaycanlı deyil. Azərbaycanlı olan hər kəs Vətənin təmizliyini, o cümlədən Xəzər dənizinin təmizliyini qorumalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR