Azərbaycan prezidenti Çexiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti Çexiyanın yeni səfirinin etimadnaməsini qəbul edib
# 12 mart 2014 14:16 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanın etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, etimadnaməni qəbul etdikdən sonra prezident İlham Əliyev səfirlə söhbət edib.

Səfir Çexiya prezidenti Miloş Zemanın salamlarını Azərbaycan prezidentinə çatdırıb. O, M.Zemanın Azərbaycan prezidenti ilə bu yaxınlarda Soçidə görüşünü böyük məmnunluq hissi ilə xatırladığını vurğulayıb.

V.Pivonka Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında iqtisadi, enerji, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

İlham Əliyev isə Azərbaycanla Çexiya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. M.Zemanla görüşünü xatırlayan dövlət başçısı əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini qeyd edib.

Dövlət başçısı prezident M.Zemanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Çexiya dövlət başçısına çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR