Milli Şuranın üzvü Rövşən Əhmədli Cəmil Həsənli və Eldar Namazovu qınayıb

Milli Şuranın üzvü Rövşən Əhmədli Cəmil Həsənli və Eldar Namazovu qınayıb
# 13 fevral 2014 09:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Danışanda elə danışmaq lazımdır ki, barışmağa üz qalsın. Hər kəs opponentinə hörmətlə yanaşmalı, fikirlərində korrekt olmalıdır”. Bunu APA-ya açıqlamasında “El” Hərəkatının sədri Eldar Namazov və Milli Şuranın sədri Cəmil Həsənli arasında mətbuatda qarşılıqlı ittihamlar səsləndirilməsinə münasibət bildirən “El” Hərəkatı İdarə Heyətinin və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli söyləyib.

R. Əhmədli E. Namazov və C. Həsənli arasında münasibətlərin gərginləşməsi fonunda iki qurum arasında seçim etməyə tələsmir: “Həm “El” Hərəkatına, həm də Milli Şuraya qəbul olanda qərarı özüm vermişəm. Mən kimə görəsə Milli Şuraya daxil olmamışam. Qərarım ümumilikdə qurumların fəaliyyəti ilə bağlı olacaq. Əgər bu məsələdə mənim mövqeyim təmsil olunduğum təşkilatın mövqeyi ilə üst-üstə düşməyəcəksə, sonda harada olacağımla bağlı qərarı özüm qəbul edəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR