Kiyevdə iğtişaşlar zamanı qumbara partlaması nəticəsində tanınmış azərbaycanlı rəssam yaralanıb - FOTO

Kiyevdə iğtişaşlar zamanı qumbara partlaması nəticəsində tanınmış azərbaycanlı rəssam yaralanıb - <span style="color: red;">FOTO
# 20 fevral 2014 19:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Kiyevdə baş verən iğtişaşlar zamanı Ukraynada tanınmış azərbaycanlı rəssam Rasim Seyidimov yaralanıb. R. Seyidimovun özünün APA – ya verdiyi məlumata görə, hadisə ötən gün saat 04:00 radələrində olub.

Əslən Azərbaycanın Şəki şəhərindən olan R. Seyidimov qeyd edib ki, hadisə yaxınlığında yaşadığı hadisələrin mərkəzi olan Maydanda, “Qlobus”un yanında baş verib: “Maydanın tam yaxınlığında yaşadığım üçün gecələr yaxın dostumla aksiyaları izləmək üçün həmin əraziyə çıxırdım. Ötən gecə də növbəti dəfə səs – küyə yata bilməyib evdən aşağı düşdüm. Dostum da gəldi. “Qlobus”un yanından keçərkən qəflətən yaxınlığımda olan kütləyə “Berkut” xüsusi təyinatlıları hücum etdi, güllə və səs qumbaraları işə düşdü. Bu zaman qəflətən mənim də yaxınlığımda bir səs qumbarası partladı. Huşumu itirdim və ayılanda dostumun məni evə gətirdiyini gördüm. Sağ əlimdən və sağ qolumdan yaralanmışam. Elə evdəcə tanış həkimlərin köməkliyi ilə yaralarıma tikiş vuruldu, indi özümü yaxşı hiss edirəm. Hazırda da rəsm studiyamın da yerləşdiyi evimdəyəm, artıq həyatıma təhlükə yoxdur”.

R. Seydimov 20 ildən çoxdur ki, Ukraynada yaşayır və ölkə üzrə tanınmış rəssamdır. Onun müxtəlif dövrlərdə bir sıra iri sərgiləri olub. R.Seydimov o cümlədən hər il 20 Yanvar və Xocalı faciələrinin ildönümü Kiyevdə hadisələr ilə əlaqədar sərgilər keçirir. Fevralın 21 – ə də Ukrayna Azərbaycanlı Gənclər Birliyi ilə birgə Xocalı soyqırımına aid növbəti sərgi hazırlanmasına baxmayaraq baş verən hadisə ilə bağlı sərgi təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR