İranla Böyük Britaniya arasında əlaqələr tam bərpa edilib

İranla Böyük Britaniya arasında əlaqələr tam bərpa edilib
# 20 fevral 2014 12:53 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranla Böyük Britaniya arasında əlaqələr fevralın 20-dən etibarən tam bərpa edilib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hər iki ölkə artıq üçüncü ölkələrin vasitəsilə deyil, birbaşa və müvəqqəti işlər vəkilləri vasitəsilə ikitərəfli əlaqələrini tənzimləyəcəklər.

Qeyd edək ki, 2011-ci il noyabrın 29-da bir qrup gənc Böyük Britaniyanın İrandakı səfirliyinə hücum edib. Hadisədən dərhal sonra Böyük Britaniyanın İrandakı diplomatik korpusunun bütün işçiləri Tehrandan təxliyyə edilib, səfirliyin fəaliyyəti dayandırılıb. Ancaq Həsən Ruhaninin İran prezident seçilməsindən sonra iki ölkə arasında diplomatik əlaqələrin normallaşması prosesi müşahidə olunmağa başlayıb. Böyük Britaniya Acay Şarmanı İrandakı müvəqqəti işlər vəkili, İran isə Məhəmməd Həsən Həbibzadəni Böyük Britaniyadakı müvəqqəti işlər vəkili təyin edib. Bundan əvvəl Oman İranın, İsveç də Böyük Britaniyanın mənafeyini təmsil edən kimi müəyyənləşdirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR