Bakıda Litvanın müstəqilliyinin 96-cı ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilib - FOTO

Bakıda Litvanın müstəqilliyinin 96-cı ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilib - <span style="color: red;">FOTO
# 28 fevral 2014 08:35 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Litvanın Azərbaycandakı səfirliyi ölkənin müstəqilliyinin 96-cı ildönümü ilə əlaqədar təntənəli mərasim təşkil edib.

APA-nın məlumatına görə, tədbiri açan Litvanın ölkəmizdəki müvəqqəti işlər vəkili Şarune Kubilyute Litvanın müstəqillik gününün birləşmə rəmzi olduğunu bildirib. O qeyd edib ki, ilk dəfə 1918-ci ildə əldə edilmiş müstəqillik 1990-cı ilin martın 11-də bərpa olunub.

“Azərbaycan xalqı kimi biz də tariximizdə çətin dövrlərdən keçmişik, SSRİ tərkibində olmuşuq. Bu gün isə Litva Avropa Birliyi və NATO üzvüdür. Lakin bizim üçün ən vacib Litvanın müstəqil olmasıdır”, - deyə o vurğulayıb.

Azərbaycan dövləti adından isə tədbirdə vergilər naziri Fazil Məmmədov çıxış edib. Prezident İlham Əliyev və Azərbaycan xalqı adından litvalıları təbrik edən F.Məmmədov ikitərəfli əlaqələrin əməkdaşlığının inkişafının vacibliyini qeyd edib. Onun sözlərinə görə, mütamadi ikitərəfli səfərlər Azərbaycan-Litva əməkdaşlığının inkişaf dinamikasından xəbər verir.

F.Məmmədov həmçinin Azərbaycan-Litva hökumətlərarası komissiyasının öz fəaliyyətini uğurla davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR