Sergey Narışkin: “Rusiya tezliklə Ukraynada sülhün bərqərar olmasını istəyir”

Sergey Narışkin: “Rusiya tezliklə Ukraynada sülhün bərqərar olmasını istəyir”
# 28 iyun 2014 15:24 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin bildirib.

S.Narışkin deyib ki, Rusiya Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun böhranın həlli ilə bağlı səylərini alqışlayır: “Rusiya da böhranın həllini istəyir, atdığı addımlar da buna hesablanıb. Biz həqiqətən tezliklə Ukraynada sülhün bərqərar olmasını istəyirik, ora bizim üçün yad deyil, bizim qardaşların torpaqlarıdır. Artıq Ukraynanın şərqində yaşayan xalq da bu gərginlikdən yorulub, onların hüquqlarını bərpa etmək lazımdır”.

S.Narışkin deyib ki, avropalılar da vəziyyəti başa düşüb səmimi olmalı, Ukraynadakı vəziyyətin düzəlməsi üçün real addımlar atmalıdırlar. O qeyd edib ki, faktiki olaraq Rusiyanın Ukraynada nəinki qoşun hissələri, heç bir nümayəndəsi yoxdur: “Təklif etmişik ki, beynəlxalq bir qrup yaradılsın. Bu qrupun vasitəsilə Ukraynadakı böhrana son qoyaq. İndi bu təklifə cavab gözləyirik”.

Duma sədri Ukrayna prezidenti P.Poroşenkonun AŞPA-dakı çıxışına da münasibət bildirib: “O, belə bir çıxış etdi ki, Rusiya cəmiyyəti Ukrayna cəmiyyətini sevmir, Rusiya Ukraynanı qəsb edib. Bu sözləri kim Poroşenkonun çıxışına yazıbsa, onun iki slavyan qardaş xalqın tarixindən, mentalitetindən xəbəri yoxdur. Onu yazan anqlosaks düşüncəsi ilə yazıb. Ukraynalılar bizim qardaşlarımızdır, biz ayrılmaz bir parçayıq. Biz avropalılardan çox, həm də səmimi şəkildə istəyirik ki, qardaşlarımızın ölkəsində, sərhədlərimizdə sülh olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR