Bakıda 38 yaşlı kişi bıçaqlanıb

Bakıda 38 yaşlı kişi bıçaqlanıb
# 06 mart 2014 10:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qədirli küçəsi, ev 167 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Ziya Mövlan oğlu Eyvazov evində təmir işləri aparan usta tərəfindən bıçaqlanıb.

Polisdən bildirilib ki, Z. Eyvazovun bıçaqlanmasına ustanın pulunu verməməsi səbəb olub.

Z. Eyvazov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR