Cənubi Koreyada idman zalının uçması nəticəsində ölənlərin sayı 10-a çatıb, 14 nəfərin taleyi isə bilinmir

Cənubi Koreyada idman zalının uçması nəticəsində ölənlərin sayı 10-a çatıb, 14 nəfərin taleyi isə bilinmir
# 18 fevral 2014 03:34 (UTC +04:00)

Bakı-APA. Cənubi Koreyanın Köncu kurort şəhərində idman zalının uçması nəticəsində ölənlərin sayı 10-a çatıb, 14 nəfərin taleyi isə bilinmir. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, insident idman zalında baş verib. Hadisə baş verən zaman binada Pusan Xarici Dillər Universitetinin 565 birinci kurs tələbəsi ali təhsil müəssisəsinə daxil olunduqlarını qeyd edirmiş. Binanın damının qarın ağırlığından aşdığı bildirilir. Ölənlərdən 9-nun tələbə və bayram tədbirinin təşkilatçısı olduğu bildirilir. Daha 3 tələbənin və 11 ofisiantın taleyi naməlumdur. İnsident zamanı 112 nəfər xəsarət alıb.

Xilasetmə əməliyyatı davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR