Masallıda “QİÇS/HİV-lə mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib

Masallıda “QİÇS/HİV-lə mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib
# 14 fevral 2014 16:36 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Fevralın 14-də Masallı rayon Gənclər Mərkəzində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “QİÇS/HİV və digər yoluxucu xəstəliklərə qarşı barışmaz olaq!” mövzusunda maarifləndirici seminar keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, 100-ə yaxın gənc oğlan və qızın iştirak etdiyi tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov müzakirəyə çıxarılan mövzunun aktual xarakter kəsb etdiyini, dünyada hər il minlərlə insanın QİÇS kimi qorxulu xəstəlikdən tələf olduğunu bildirib.

Masallı Rayon Mərkəzi Xəstəxanasının QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşı Mirdaməd Nəbiyev isə çıxışında QİÇS/HİV xəstəliyinin XXI əsrdə bəşəriyyətin bəlasına çevrildiyini, bu virusun insanın qanına düşəcəyi halda çox acı nəticələrə səbəb olacağını qeyd edib.

Tədbirdə Masallı Rayon Təhsil Şöbəsinin metodisti Hüseyn Hüseynov çıxış edərək son vaxtlar gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində çoxlu sayda tədbirlərin göruldüyünə baxmayaraq, gəncləri bu bəladan qurtarmaqdan ötrü onları təkcə məlumatlandırmağın kifayət etmədiyini söyləyib. Onun sözlərinə görə, gənc oğlan və qızların asudə vaxtlarının səmərəli təşkili, keyfiyyətli təhsillə təmin edilməsi, öz təşəbbüslərini gerçəkləşdirə biləcəyi mühitin formalaşdırılması və onlara xidmət göstərə biləcək strukturların yaranması vacib məsələlərdəndir.

Gənclərin nümayəndələrindən Niyazi Əliyev, Ramin Qasımov və başqaları çıxışlarında QİÇS-lə mübarizədə təbliğatın kütləvi aksiyalarla aparılmasının vacibliyini bildirərək, təhsil müəssisələrinin təbliğat materialları ilə təmin edilməsi, gənclərin QİÇS-in fəsadları barədə məlumatlandırılmasının zəruriliyindən danışıblar.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR