“Nar Mobile” tələbələr üçün təcrübə platformasının yaradılmasına dəstək verib

“Nar Mobile” tələbələr üçün təcrübə platformasının yaradılmasına dəstək verib
# 03 iyun 2014 09:33 (UTC +04:00)

Bakı. APA-Economics. “Nar Mobile”ın dəstəyi ilə “Enactus” proqramı çərçivəsində IX Milli yarış keçirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 30 may 2014-cü il tarixində Bakıda yerləşən otellərin birində “Bizim sahibkarlıq fəaliyyətimiz” (Enterpreunial. Action. Us. – Enactus) beynəlxalq proqramı üzrə IX Milli yarış start götürüb.

“Nar Mobile” mobil operatorunun dəstəyi ilə keçirilmiş iki günlük yarışda iştirak edən 12 Azərbaycan “Enactus” komandası 30-dan çox layihə ilə çıxış edib. Final mərhələsində qalib gələn Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası bu il Pekində keçiriləcək “Enactus - Dünya kuboku-2014” mötəbər yarışında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılmış bir platforma olan “Enactus” proqramı üzrə yarışın qalibi innovativ yanaşma, layihələrin sosial effekti, ekoloji standartların qorunması, biznes-etikanın gözlənilməsi, maliyyə idarəçiliyi, nitq qabiliyyəti və digər meyarlar əsas götürülərək müəyyən edilir.

Gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, tələbələr arasında azad sahibkarlıq ideyasının təbliği, onlarda təşkilatçılıq, idarəçilik bacarığı və komanda ruhunun inkişaf etdirilməsi “Enactus” proqramı üzrə milli yarışların keçirilməsini labüd edən əsas məqsədlərdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR