«Kapital Bank» nağd pul kreditləri üzrə yeni endirim kampaniyası keçirir

«Kapital Bank» nağd pul kreditləri üzrə yeni endirim kampaniyası keçirir
# 12 mart 2014 11:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC Novruz Bayramı münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası keçirir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, matın 11-dən aprelin 15-dək nağd pul krediti almaq üçün «Kapital Bank»a müraciət edən müştərilər 36 ayadək müddətə, maksimim 10 min manata qədər kredit ala biləcəklər. Kampaniya çərçivəsində onlara kreditlərin illik faiz dərəcəsində 4% endirim ediləcək.

«Kapital Bank» nağd pul kreditlərini ilkin mərhələdə özünün maaş və pensiya kartı sahibləri üçün tətbiq edib. Kreditlər zaminsiz, girovsuz və iş yerindən arayış təqdim olunmadan verilir. Kreditlərin aylıq ödənilməsi bankın filial və şöbələri ilə bərabər, banka gəlmədən www.kapitalbank.az internet saytı vasitəsilə online rejimdə və «MilliÖN» şəbəkəsi vasitəsilə də həyata keçirilə bilər.

Müştərilər bu krediti «Kapital Bank»ın filiallarında həftə içi hər gün saat 09:00-dan 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək ala bilərlər. Əlavə olaraq, digər banklarda aktiv öhdəliyi olan müştərilərə də kredit verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR