Rusiya Federasiya Şurası Putindən ABŞ-dakı səfirin geri çağırılmasını istəyib

Rusiya Federasiya Şurası Putindən ABŞ-dakı səfirin geri çağırılmasını istəyib
# 03 mart 2014 12:28 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, komitənin rəhbəri Vladimir Cabarov bildirib ki, məsələ ilə bağlı yekun qərarı ölkə başçısı siyasi durumdan asılı olaraq verəcək .

Sənədi artıq Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko imzalayıb.

Qeyd edək ki, belə bir müraciətin qəbulu təşəbbüsü ilə senator Yuri Vorobyev çıxış edib. O ötən şənbə günü keçirilən iclasda bəyan edib ki, ABŞ prezidenti Barak Obama Ukraynadakı duruma dair bəyanatları ilə Rusiya xalqını təhqir edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR