Gürcüstanın baş naziri: “Saakaşvili vətəninə qayıda bilər”

Gürcüstanın baş naziri: “Saakaşvili vətəninə qayıda bilər”
# 26 fevral 2014 11:59 (UTC +04:00)

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda Atlantika Şurasında çıxışı zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

Jurnalistlərin suallarını cavablandıran İ.Qaribaşvili sabiq prezidentin Gürcüstana qayıtmasını əngəlləyə biləcək maneələrin olmadığını bildirib.

“Saakaşvili Gürcüstan vətəndaşıdır, ölkəsinə niyə də qayıtmasın? O, prezident seçkilərindən sonra ölkəni tərk edib. Mən sizə deyə bilmərəm ki, gürcü xalqı Saakaşvili üçün daxırır. Lakin onun vətənə dönüşünü əngəlləyən amillər də yoxdur”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR