Dow Jones indeksi 0,5%, S&P 500 0,5%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,5%, Nasdaq 0,6% yüksəlib
# 28 fevral 2014 06:51 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 16 273 bəndədək, S&P 500 0,5% - 1 854 bəndədək, Nasdaq 0,6% - 4 319 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-da fond indekslərinin dinamikasına Federal Ehtiyat Sisteminin rəhbəri Canet Yellenin bəyanatı təsir edib. O bəyan edib ki, FES artıq 2014-cü ilin payızında istiqrazların geri alınması proqramını tam dayandıra bilər, lakin iqtisadiyyatın stimullaşdırılmasına yönəldilmiş pul-kredit siyasəti hələ uzun müddət aktual olaraq davam etdiriləcək.

Avropa fond bazarlarında fevralın 27-də FTSE 100 indeksi 0,2% - 6 810 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,8% - 9 588 bəndədək, Fransa CAC-40-ı isə 0,01% - 4 396 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 330,90 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3700 dollar (+0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR