APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu hadisə yerindən Britaniyanın İTV News telekanalının redaktoru Ceyms Meyts bəyan edib.
“İnsident başa çatdı. Hazırda Robert Serri hava limanına yollanır” – deyə Meyts bildirib.
Bu gün axşam R.Serrinin içində olduğu avtomobil naməlum silahlılar tərəfindən mühasirəyə alınıb. Onlar Serridən Krımı etməyi tələb ediblər.
BMT-nin mətbuat xidməti Robert Serrinin Krımdan Kiyevə qayıtmasını təsdiq edib.